Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) 2026-cı ildən etibarən Dünya çempionatlarını hər iki ildən bir keçirməkdə qərarlıdır.

Artıq quruma üzv olan milli assosiasiyalara müvafiq xəbərdarlıq göndərilib.

Bu məqsədlə yığma komandaların oyun təqvimində islahatların aparılması planlaşdırılır.

Layihəyə əsasən, klubların öz futbolçularını yığma komandalara göndərdikləri günlərin sayı 50-dən 30-dək azalacaq. Təsnifat mərhələsində hər seçmə komanda ən çox yeddi oyun keçirəcək.

Həmçinin, islahatlar sayəsində futbolçuların üzərinə düşən yük 50%-dən çox azalacaq.

.