FİFA 2018-ci il futbol üzrə dünya çempionatında hakimlərə video kömək sisteminin (VAR) istifadəsini rəsmi olaraq təsdiqləyib.

Müvafiq qərar qurumun Kolumbiyanın paytaxtı Boqotada keçirdiyi iclasında verilib.

Bundan əvvəl, martın 3-də Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) hakimlərə video kömək sisteminin (VAR) daimi olaraq qaydalara daxil olunmasını dəstəkləyib.
.