FİFA koronavirus pandemiyası ilə bağlı fasilədən sonra keçiriləcək futbol oyunlarında 5 oyunçu dəyişikliyinə icazə verməyə hazırdır.

Bu addım futbolçuların əlavə yükləmə və zədələrdən qaçması məqsədilə atılacaq.

Komandalara oyunun gedişində 3 dəfə dəyişiklik üçün vaxt veriləcək ki, bu da lazımsız fasilələrin artmaması üçündür. Həmçinin, fasilədə də əvəzetməyə icazə veriləcək. Bir sözlə, komandalar fasilə və sonrakı üç imkanda ümumilikdə 5 oyunçunu əvəzləmək hüququna malik olacaq.

Lakin FİFA-nın təklifi oyun qaydalarının tənzimlənməsinə cavabdeh olan Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) tərəfindən təsdiqlənməlidir. Bu, baş versə, dəyişiklik təkcə yarımçıq  dayanan cari mövsümün bərpası zamanı deyil, 2020/21 mövsümündə də qüvvədə olacaq. Üstəlik, 2021-ci ildəki bütün beynəlxalq oyunlar, o cümlədən AVRO-2020-də beş futbolçu dəyişdirilməsi mümkün olacaq.

.