
Türkiyə Qəzzada Qətər, Misir və ABŞ-nin rəhbərlik etdiyi atəşkəs prosesini dəstəkləyir.
Yenizaman "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası Nazirlər Komitəsi Toplantısından sonra təşkil edilən mətbuat konfransında deyib.
H.Fidan daimi atəşkəsin vacibliyindən danışıb.
"Qəzzaya humanitar yardımın ən qısa zamanda buraxılması lazımdır. Türkiyə fələstinliləri vətənlərini tərk etməyə məcbur edən planları rədd edir və Qəzzanın yenidən qurulması planını dəstəkləyir".
Türkiyə XİN rəhbəri beynəlxalq ictimaiyyəti sülhün bərqərar olması üçün dəstək verməyə çağırıb.
.