Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınları ilə mübarizə məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin 3-cü qrupu bu gün qardaş Türkiyə Respublikasına yola düşür.

FHN-in saytı verdiyi məlumata görə, yanğın-xilasetmə qrupuna daxil olan "BE-200ÇS" tipli amfibiya təyyarəsi bu gün səhər saatlarında Türkiyəyə yola düşüb.

Qrupa daxil olan 40 ədəd yanğınsöndürmə texnikası və 150 nəfər yanğınsöndürən isə yaxın saatlarda qardaş ölkəyə yola düşəcək.
 

.