
Xəbər verildiyi kimi, Qazax rayonunun Xanlıqlar kəndində açıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə FHN-in qüvvələri cəlb olunub.
FHN Mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat şəraitinə uyğun həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində təxminən 80ha sahədə quru ot və kol-kos yanıb.
Yaxınlıqdakı tikililər və meşə ərazisi yanğından mühafizə edilib.
.