“ABŞ səlahiyyətliləri bu bəyanatla təəssüf ki, lobbilərin tələbləri qarşısında diz çökdü".

Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun “Anadolu” Xəbər Agentliyinə açıqlamasında ABŞ Prezidenti Co Baydenin 1915 hadisələrini "soyqırım" kimi şərh etməsinə mövqe bildirərkən bunu deyib. 

“Türkiyə olaraq ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələrini soyqırımı olaraq tanımasını şiddətlə qınayır və rədd edirik. Biz bu bəyanatı etibarsız və heç bir hüquqi, elmi, qanuni olmadığını bəyan edirk", deyə sərt mövqe bildirən Türkiyə rəsmisi erməni diasporunun əsassız böhtanlarını dəstəkləyən bu bəyanatın ABŞ-ın daxili siyasi hesablamalarından qaynaqlandığını vurğulayıb: “Bayden rəhbərliyinin daxili siyasi mənfəəti üçün bu səhv yolu seçməsi nə erməniləri çətin iqtisadi vəziyyətdən qurtaracaq, nə də ABŞ-a bir mənffət qazandıracaq, bu addımın yalnız Türkiyə-ABŞ münasibətlərinə xələl gətirməsi həqiqətən təəssüf doğurur”. 

Türkiyənin 6 əsrə yaxın böyük bir imperatorluğun əsasında yarandığını və köklü bir dövlət olduğunu xatırladan F.Altun fərqli mədəniyyətlərə sahib ölkəsinin sülh və tolerantlıq içində birgə yaşayın təmin olunduğunu deyib: “Birinci Dünya Müharibəsi şərtlərində yaşananlara Avropa imperializmi və bir imperatorluğun parçalanması aspektindən baxılmalıdır. Əcdadlarımız imperializm boyunduruğundan qurtuluş və azadlıq üçün mübarizə aparanda bütün etnik və dini kəsimlər üçün çətinliklər yaşanıb. Amma mövcud ABŞ rəhbərliyi millət olaraq varlığımız üçün verdiyimiz mücadiləni siyasi mənfəətləri üçün istifadə etməyə çalışır”. 

F.Altun bildirib ki, Türkiyə Ermənistan daxil, heç bir ölkəyə qarşı kin və nifrət bəsləmir və heç bir diaspora təşkilatı bu həqiqəti dəyişdirməyəcək: “Türkiyədəki ermənilərin Patriarxi Sahak Maşalyan və Erməni Vəqfləri Dərnəyi Başçısı Pedros Şirinoğlu da keçmişdə yaşanan hadisələri bəzi ölkələrin siyasi məqsədə çevirməsinə etiraz edirlər”. 

“Vaşingtonun qürur duyduğumuz tariximizə kölgə salmaq cəhdləri üzündən ABŞ-la ikitərəfli əlaqələrimiz baxımından təəssüfedici gün yaşayırıq”, deyə bildirən F.Altun Türkiyənin ABŞ rəhbərliyinin məlum bəyanatını ən sərt şəkildə rədd etdiyini bildirib.

 

.