Son bir il ərzində 2 min 646 FETÖ üzvü Türkiyə Milli Müdafiə Nazirliyi və onun strukturlarından kənarlaşdırılıb.

Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar “Anadolu” agentliyinə müsahibəsində deyib.

O qeyd edib ki, 2016-cı il 15 iyul hadisələrindən bu günə qədər isə bu say 24 min 435 nəfərdir. Akarın sözlərinə görə, bu addımlar Türk Silahlı Qüvvələrini daha da gücləndirib: “Necə ki 2016-cı il 15 iyuldan həmən sonra “Fərat Qalxanı” əməliyyatlar silsiləmiz, təlimlərimiz, gərgin fəaliyyətlərimiz, Azərbaycan, Liviya nümunələri var”.

.