ABŞ-ın mərkəzi bank rolunu oynayan Federal Ehtiyatlar Sistemi (FES) sentyabr iclasının nəticələrinə əsasən, baza faiz dərəcəsini illik 0-0,25% səviyyəsində saxlayıb.

TASS xəbər verir ki, bu barədə tənzimləyicinin məlumatında deyilir. Qərar əksər analitiklərin də proqnozlarına uyğun olub.

Tənzimləyici 2020-ci ilin mart ayında iki dəfə planlaşdırılmadan illik dərəcəni 0-0,25% səviyyəsinə endirdikdən sonra artıq 12-ci dəfədir ki, əsas dərəcəni saxlayıb. Bundan əvvəl belə bir nisbət 2008-ci ilin dekabrından 2015-ci ilin dekabrına qədər qeydə alınmışdı. FES koronavirus pandemiyasının ağır iqtisadi təsirinə cavab olaraq faiz dərəcəsini azaltmağa qərar verib.

FES-in növbəti iclası noyabrın 3-də olacaq.

.