
Cari mövsümü icarə əsasında "Milan”da çıxış edən "Çelsi”nin hücumçusu Fernando Torres İtaliya klubu ilə yeni müqavilə imzalayacaq. Apasport.az xəbər verir ki, bu haqda London təmsilçisinin rəsmi saytı bildirib.
Belə ki, Torres gələn ilin yanvar ayının 5-dən etibarən rəsmən "Milan”ın oyunçusu olacaq. Lakin maliyyə şərtləri və razılaşmanın müddəti hələ ki açıqlanmır.
Xatırladaq ki, Torres 2011-ci ilin yanvarında "Liverpul”dan "Çelsi”yə 50 milyon avroya transfer olunub. İspaniya millisinin üzvü "zadəganlar”ın heyətində 172 matçda forma geyinib və rəqib qapılarından 45 top keçirib.
.