Ermənistan və Azərbaycan arasında toqquşmaların əsas səbəblərindən biri yalnız sülh sazişinin olmaması deyil, həm də delimitasiya və nəqliyyat bağları kimi bir sıra istiqamətlərdə əhəmiyyətli irəliləyişin olmamasıdır.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

“Ermənistan və Azərbaycan arasında bugünkü toqquşmaların əsas səbəblərindən biri yalnız sülh sazişinin olmaması deyil, həm də delimitasiya və nəqliyyat bağları kimi bir sıra istiqamətlərdə əhəmiyyətli irəliləyişin olmamasıdır. Ermənistan bir neçə gün öncə Zəngəzur/Mehri dəmiryolu layihəsindən imtina etdiyini bəyan etdi”, - o qeyd edib.

Fərid Şəfiyev vurğulayıb ki, sülhün qarşısındakı digər əsas maneə isə Azərbaycan ərazisində qanunsuz erməni qüvvələrinin mövcudluğudur: “Bu uzun müddət öncə həll edilməli idi, amma 2020-ci il müharibəsindən əvvəl də olduğu kimi, müharibədən sonra da demək olar bütün məsələlər Ermənistan tərəfindən yaradılıb. Yeganə həll yolu digər müvafiq şərtlərlə birlikdə ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınmasıdır”.

.