Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılmasına dair bəyanatına münasibət bildirib.

Fərid Şəfiyev deyib ki, Ermənistan tərəfi bununla faktiki olaraq üçtərəfli bəyanatı icra etmədiyini etiraf etmiş olub.

BMTM sədri Armen Qriqoryanın bəyanatının Prezident İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışından sonraya təsadüf etməsinə diqqət çəkib: “Prezident İlham Əliyev çıxışında təkcə Ermənistana xəbərdarlıq etməmişdi, Prezident həm də Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətinə toxunmuşdu. Çünki faktiki olaraq buna onlar şərait yaradıblar. Ola bilsin ki, bu məsələdə Rusiya sülhməramlı qüvvələrinin Ermənistana təzyiqi var. Ola bilsin ki, bu məsələ məhz Rusiya vasitəsilə həll olunur. Amma gözləməkdə fayda var. Görək hələ Ermənistan bunu necə icra edəcək. Ona görə də hələlik vəziyyətə baxmalı və bu məsələnin necə icra olunacağını görməliyik”.
 

.