İkinci Qarabağ müharibəsində ermənilər arasında mülki əhalinin hərbçilərə münasibətdə ölüm faizi 2 faiz təşkil edir.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
“İkinci Qarabağ müharibəsində erməni mülki əhali arasında 50 nəfər ölüb, azərbaycanlı mülki əhali arasında isə 98 nəfər şəhid olub. Mülki əhali bizdə 2 dəfə artıq ölüb. Bu da Ermənistanın Gəncədə, Bərdədə mülki əhalini hədəf alması ilə bağlıdır. Erməni hərbçilərin ölümü daha çoxdur, amma öz açıqladığı minimum rəqəmləri götürsək, 4000-ə yaxın hərbçisi ölüb. ABŞ-ın İraqda apardığı əməliyyat zamanı 16 faiz, Əfqanıstanda 24 faiz mülki əhali həlak olub. Amma bunlar gəlib bizə ibrət dərsi verirlər. Rusiya-Ukrayna müharibəsində götürsək, bəlkə bu rəqəm 25 faizdən də artıqdır. Azərbaycan bu məsələdə çox həssas yanaşıb" - o qeyd edib.
.