“Türk Şurasının böyük bir missiyası budur ki, quruma üzv ölkələr inkişaf etsin. Bu, Şuranın ana missiyasıdır”.

Bunu İstanbulda keçirilən Türk Şurasının Media Forumunda Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin informasiya təminatı sektorunun rəhbəri Fərhad Əmirbəyov deyib.

F.Əmirbəyov qeyd edib ki, Media Forumu Türk Şurasına üzv ölkələrdə medianın inkişafına töhfə baxımından önəmlidir.

Onun sözlərinə görə, media sahəsində əməkdaşlıq vacibdir.

“Ümumi media platforması çərçivəsində biz öz ölkələrimiz haqqında obyektiv məlumatlar çatdırmaq imkanı əldə edəcəyik”, - F.Əmirbəyov deyib.

O, həmçinin, təklif edib ki, media sahəsinin inkişafı üçün ümumi komitə yaradılsın:

“Bu komitə koordinasiya üçün vacibdir”.

.