
Amerikanın Ferqyuson şəhərində silahsız yeniyetməni güllələyən polis barəsində andlıların ittiham irəli sürməməklə bağlı qərarına etiraz edən nümayişçilərdən 40 nəfəri saxlanılıb. Bu barədə infoaz.org RİA Novosti-yə istinadən xəbər verir.
Yerli polisin "Twitter" hesabında yerləşdirilən məlumatda deyilir: "Hələlik Ferqyuson ətrafında saxlanılan 40 nəfər yoxlanılıb”.
Bundan başqa, CNN xəbər verir ki, Missuri ştatının qubernatoru Cey Nikson Ferqyusona ABŞ Milli Qvardiyasının əlavə qüvvələrinin göndərilməsinə dair sərəncam verib.
Xatırladaq ki, bazar ertəsi andlılar kollegiyası avqustda silahsız qara dərili amerikalı yeniyetməni güllələyən polis barəsində ittiham irəli sürməkdən imtina edib. Qərar elan edildikdən dərhal sonra Ferqyusonda etiraz aksiyaları başlayıb. Etiraz aksiyasının iştirakçılarına polis cavab olaraq tüstü bombaları, gözyaşardıcı qaz tətbiq edib. Çoxlu sayda yaralanların olduğu bildirilir. Bundan əlavə ABŞ-ın digər iri şəhərlərində də etiraz aksiyaları keçirilir. Yerli KİV etirazçıların mağazaların vitrinlərini sındırdıqlarını, qarət və yanğınlar törətdiklərini yazır. Yeri gəlmişkən ABŞ höküməti digər ölkələrdə baş verən etirazlarda zorakılığı pisləyir. Lakin öz ölkəsində buz cür qəddar zorakılıqlara göz yumur.