"AFP"-nin verdiyi məlumata görə, 8 ildir komada olan İsrailin sabiq baş nazirinin ölümünü fələstinlilər böyük coşqu ilə qeyd edib. Fələstin xalqı tərəfindən "Uşaq qatili" adı verilən Ariel Şaronun suni nəfəs aparatından ayrılmasından sonra yerli əhali küçələrə axışaraq hadisəni baryam kimi qarşılayıb.
Xan Yunus, Qəzza, Səbrə və digər şəhərlərdə İsrailin sabiq hökumət rəhbərinin ölümünü qeyd edən fələstinlilər cinayətkarın nəhayət cəzasına çatdığını bildiriblər.
Məlumat üçün bildirək ki, 84 yaşlı Ariel Şaron 2006-cı ildə keçirdiyi infarkt zamanı komaya düşüb. 2001-ci ildə İsrailin baş naziri seçilən Şaron, Qəzza və İordan çayının qərb sahilində fələstinlilərin ölümündə və utanc divarının inşa edilməsində əsas pay sahibi olub.
.
