Fələstin Qüds ətrafındakı vəziyyətlə əlaqədar beynəlxalq məhkəməyə müraciət edəcək.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bunu Fələstinin Rusiyadakı səfiri Əbdül Hafiz Nofəl bildirib.
Qeyd edək ki, dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyıb. O, ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə Dövlət Departamentinə tapşırıq verib.
Trampın qərarından sonra fələstinlilərlə İsrailin təhlükəsizlik gücləri arasında toqquşmalar başlayıb. Hər iki tərəfdən yaralıların olduğu bildirilir.
.