Dekabrın 22-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Adamın adamı" (Vasif Adıgözəlov, Anar) tamaşası nümayiş olunub.
Bu dəfə səhnə əsəri teatrın tanınmış aktrisası, Xalq artisti, Prezident təqaüdçüsü Fatma Mahmudovanın 70 illik yubileyi münasibətilə oynanılıb.
Akademik Musiqili Teatrın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova aktrisanın həyat və yaradıcılığı barəsində tamaşaçılara ətraflı məlumat verərək teatr rəhbərliyi və kollektiv adından, yubilyarı təbrik edib. O, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin də təbriklərini çatdırıb.
Fatma xanımın teatr sahəsindəki səmərəli fəaliyyətindən söz açan
Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov da yubilyarı "Sənətkar" medalı ilə təltif edib.
1994-cü ildən Akademik Musiqili Teatrın bir çox tamaşalarında çıxış edən Fatma xanım bu dəfə də ona həvalə edilən obrazın öhdəsindən böyük məharətlə gəlib.
Tamaşaçı alqışları altında keçən səhnə əsərində aktrisa ilə yanaşı, Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, Çingiz Əhmədov, Şövqi Hüseynov, İqrar Salamov, Prezident mükafatçısı Hüseyn Əlili, aktyorlar Gültac Əlili, Türkel Tariqpeyma, Şaban Cəfərov, Elxan İsmayılov, Nicat Əli, Ruslan Mürsəlov, Cəbrayıl Cəbrayılov, Günay Qasımova, Nigar Qarayeva, həmçinin teatrın xor və balet artistləri iştirak ediblər.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, dirijoru Səməd Süleymanlı, konsertmeysterləri Kamil Həsənov, Fidan Məmmədova, rejissoru Elməddin Dadaşov, rejissor assistenti Tamilla Məmmədovadır.
.