
Kolumbiya millisinin futbolçusu Radamel Falcao bu mövsüm icarə əsasında oynadığı "Manchester United”dən ayrılıb.
İngiltərə təmsilçisi 29 yaşlı hücumçu ilə yeni müqavilə imzalamamağa qərar verib. Onun müqavilə ilə məxsus olduğu "Monaco”ya qayıtdığı bildirilib.
Qeyd edək ki, R.Falcao bu mövsüm oynadığı 29 matçda 4 qol vurub.
.