Bu gün Səbail rayon Məhkəməsində AXCP sədrinin köməkçisi, "Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə vəkillər çıxış ediblər. Onlar bəraət hökmünün çıxarılmasını istəyiblər.
Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən, F. Əmirli 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə və 39 min manat cərimə cəzasına məhkum edilib.(apa)
.
