
Xalq artisti Faiq Ağayevin Heydər Əliyev Sarayında "Made in Azerbaijan" adlı konserti baş tutub.
Yenizaman.az xəbər verir ki, 45 yaşını səhnədə qeyd edən Faiq Ağayev konsertə gəldikləri üçün tamaşaçılara təşəkkür edib.
Fərqli imicdə səhnəyə çıxan xalq artisti konsertdə üç kostyum dəyişib.
Müğənni "Bir qədəh şərab”, "Uşaq kimi”, "Sərxoş oldum” və bir çox sevilən mahnılarını oxuyub.
Konsertdə xalq artistinin həyat və fəaliyyətindən bəhs edən qısa film yayımlanıb.







