Xalq artisti Faiq Ağayev 29-30 dekabrda Heydər Əliyev Sarayında verəcəyi konsert öncəsi maraqlı açıqlama verib.

 Lent.az-ın məlumatına görə, "Hər şey daxil” verilişində qonaq olan ifaçı bildirib ki, konsertə gələnlər onun sevdiyi şəxsi tanımış olacaq: "Artıq 45 yaşım olur, nəhayət ki, dekabrın 29-da, konsertimdə sevdiyim adamla - könlümün yarı ilə tanış olacaqsız. Bu günə qədər 350-yə yaxın mahnı oxumuşam. Demək olar ki, bunların hamısı sevgi barəsindəndi”. 
.