
Aktrisa Fahriye Evcen sevgilisi Burak Özçivitin iştirak etdiyi serialın çəkiliş meydançasına gəlib.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, Burakın "Kara Sevda"dakı tərəf müqabili Neslihan Atagüllə öpüşmə səhnəsini görəndən sonra tez-tez sürpriz şəkildə çəkiliş məkanlarına gəlir.
F.Evcen isə bunu sadəcə Özçivitin işinin çoxluğu ilə əlaqələndirir:
"Az görürəm deyə, tez-tez onun olduğu yerə gedirəm".
