Kolumbiyalı narkobaron qadın Qrizelda Blanko dünyada ilk kokain milyarderi olub. 

Narkobiznes sahəsində ən təhlükəli simalardan biri kimi tanınan qadının qəddarlığı haqqında əfsanələr dolaşıb. Blanko Qrizeldanı kokainin xaç anası və bütün zamanların ən amansız narkobaronu adlandırırdılar. Onun hesabında təxminən 200 qətl var. Lakin hüquq-mühafizə orqanları qadının yalnız qaçaqmalçılıq və narkotik alverinə aidiyyətini sübut edə biliblər.

Yenizaman.az AzNews.az-a istinadla kolumbiyalı Qrizelda Blankonun həyat hekayətini təqdim edir:

Qərb mətbuatı Blankonu "kokainin xaç anası” adlandırıb. O, 1970-80-ci illərdə Mayamidə kokain alverində ən əsas fiqurlardan biri olub. 




Hətta kişi narkobiznesində onun amansız iş adamı reputasiyası olub. "Business Insider”in məlumatına görə, onun var-dövləti 2 milyard dollara yaxınlaşıb. 



Qrizalda Blanko 1943-cü ildə Kolumbiyada anadan olub. Uşaq yaşlarından o, cinayətə meylliliyi ilə seçilib. 



Müxtəlif mənbələrdən verilən məlumata görə, Qrizelda 11 yaşı olanda pul qarşılığında varlı ailənin uşağının oğurlanmasında iştirak edib. Sonda uşaq güllələnib. 




14 yaşı olanda qız evdən qaçıb. Bir müddət Qrizelda fahişəliklə məşğul olub. 



20 yaşında Blanko Karlos Truxiloya ərə gedib. 



Bu, Qrizeldanın ilk ailəsi olub. Bu evlilikdən onun 3 oğlu dünyaya gəlib. 



Lakin ləyaqətli ana və evdar xanım obrazı onu qane etməyib. 




1970-ci illərdə Blanko ikinci əriylə birlikdə ABŞ-a köçüb və narkotik alveri ilə məşğul olub. 




Blanko ümumilikdə 3 dəfə ailə qurub. Onun ərlərindən hər 3-ü narkotik alveri və qaçaqmalçılıqla məşğul olub və ölüb. Buna görə də Blanko "qara dul” adı daşıyıb. Lakin Blankonun sözlərinə görə, ikinci ərini o, özü ağzına açdığı güllə ilə öldürüb. 




Blanko daimi kabuslardan əziyyət çəkib. O, iddia edirdi ki, öldürdüyü adamların ruhları onu təqib edirlər və buna görə də o, yanında kişi olmadan yata bilmir. Blanko biseksual olduğunu da heç vaxt gizlətməyib. 




Onun narkofəaliyyəti 7 kiloqram kokainlə başlayıb. Bu miqdarda narkotiki Blanko alt paltarında Kolumbiyadan ABŞ-a gətirib. 




Qazanılan pul ona az görünüb. Xanımın məqsədləri genişmiqyaslı olub: daha çox qazanmaq və kokaini elit narkotik etmək.




Tezliklə Mayaminin gecə məkanlarında yeni bahalı narkotik satmağa başlayıblar. Və çox keçmədən bu, dəbə çevrilib. 



1970-ci illərin sonlarında Blanko Mayamidə "kokain kovboylarının müharibəsində” iştirak edib. Nəticədə kokain marixuananı qara bazardan çıxarıb. 



Bundan sonra ABŞ-da əsl kokain epidemiyası başlayıb. 



"The Guardian”ın məlumatına görə, onun distributor şəbəkəsi onlarla milyon dollar edirdi və hər ay təxminən 1500 kq kokain daşıyırdı. 




Artıq o dövrdə Qrizeldanın ona mane olan hər kəsi aradan götürən qəddar narkobaron reputasiyası olub. 




1984-cü ildə Qrizeldaya qarşı bir neçə sui-qəsd təşkil olunub. Buna görə də Blanko Koliforniyaya köçmək məcburiyyətində qalıb. Bir il sonra o burada həbs olunub. 
Qaçaqmalçılığa görə 20 il həbs cəzası alan Qrizelda həbsxanada da narkobizneslə məşğul olmağa davam edib. 




"The Guardian” yazır ki, Blanko Floridada 40-dan 200-ə kimi qətldə ittiham olunub. Lakin qadın məhkəmədəki texniki səhv səbəbiylə edam hökmündən yayına bilib. Belə ki, onun əleyhinə şahidlik edən zabit nüfuzdan düşüb. Buna səbəb isə zabitin ittihamçının ofisində katibə ilə intim danışığının ortaya çıxması olub. 




2004-cü ildə Qrizeldo Blanko azadlığa çıxıb və Kolumbiyaya deportasiya olunub. Burada o, yenidən öz işinə davam edib. 




Nə 2 ərinin və 4 oğlundan 3-nün atışmalarda ölməsi, nə də ünvanına gələn çoxsaylı hədələr onu dayandırmaq gücündə olmayıb. 



Blankonun yeganə sağ qalan övladı Maykl Korleone Blankodur. O, oğlunu tanınmış film personajı Frensis Ford Koppolın şərəfinə adlandırıb. 




Yeri gəlmişkən, 2012-ci ildə Maykl Blanko isə kokain alveri və kokain daşınması sövdələşməsində şübhəli bilinərək ev həbsinə məhkum edilib. 





Qrizeldo Blanko çox sayda narkotik qaçaqmalçılığı marşrutları hazırlayıb, kokaini həm böyük partiyalarla, həm də pərakəndə satıb. 




O hətta narkotik daşınması üçün xüsusi gizli cibləri olan alt paltarları satılan mağaza da açıb. 




1985-ci ildə Kaliforniyada həbs olunana qədər "xaç anası” Eskobar və Oçao qardaşları ilə bir sırada ən təhlükəli narkotik alverçiləri siyahısında yer alıb. 

Şəkildə: Pablo Eskobar (solda) və Oçaf Vaskes Xorxe Luis (papaqda) 17 il məşhur Medelin kokain kartelinə rəhbərlik ediblər. 



Amma onu çoxlarını düçar etdiyi şəkildə ölüm gözləyirmiş. 2012-ci il sentyabrın 3-də küçədə ət dükanından çıxan 69 yaşlı narkobaron 2 motosikletçi tərəfindən güllələnib.



Blankonun özünün dəstəsində məhz belə qətl üsulu – ictimai yerdə motosikletdə olan killerlər üsulu tətbiq edilirdi.



2 güllə onun başına tuş gəlib və kokainin xaç anası yerindəcə keçinib. Polisləri isə sadəcə bu qədər çox düşməni olmasına rəğmən, narkobaronun niyə bu qədər gec öldürüldüyü təəccübləndirib. 




Qrizelda Blanko yüz ilin ən qəddar qatili və dünyanın ən uğurlu narkotik alverçilərindən biri kimi tarixə düşüb. 



Hollivud da təbii ki, bu qədər zəngin bir tarixçənin kəndarından keçə bilməzdi. 2015-ci ilin əvvəllərində norveçli rejissor Eva Sonhaug tərəfindən "Xaç anası”nın (The Godmother) çəkilişləri başlayıb.



Narkobaron Qrizelda Blankonunn rolunu isə məşhur şotland aktrisa Ketrin Zeta-Cons canlandırıb. 




.