
Cəmiyyətdə, xüsusən də İslam dininin daha çox yayıldığı ölkələrdə, eləcə də Azərbaycanda fahişəlik qanunla qadağan edilib. Lakin elə ölkələr var ki, orada "qədim” peşə sahiblərinin biznesi qanunla tənzimlənir.
GoldNews.az sizə həmin ölkələrdən bir neçəsibarədə məlumatları təqdim edir:
Türkiyədə fahişəlik, Türk Cəza Qanununun 5237 saylı bəndinin227-ci maddəsi ilə tənzimlənir. Fahişəliyə təşviq edən və yol göstərən hər kəsə 2 ildən 4 ilə qədər həbs cəzası tətbiq olunur. Türkiyədə fahişəxanalara lisenziya verilir ki, bunu tənzimləyən bir nizamnamə var. Ölkədə ümumiyyətlə, əxlaqsızlıq yuvalarının tabe olduqları hökmlər və fahişəlikdən yoluxan zöhrəvi zəstəliklərlə mübarizə nizamnaməsi var.
Azərbaycan
Fahişəliklə məşğul olan, əxlaqsız yuvaları təşkil edən, ümumiyyətlə bu cür əməllərə vasitəçilik edən şəxslər üçün cinayət məsuliyyəti nəzərdə tutulub.

ABŞ
Fahişəliyə bəzi ştatlarda qanunla icazə verilsə də, bəzilərində qadağandır.
Çili
Qarşılıqlı razılıq olduğu müddətdə fahişəlik qanunidir. Lakinəxlaqi cinayət təşkil edən vəziyyətlərdəhəbs halları mümkündür. Fahişəxanalar və qadın satışı qadağandır. Həyat qadınları qeydiyyat altında və nizamlı sağlamlıq nəzarətindən keçirlir.
Tayland
Taylandın Pattaya kurortundakı "Walking Street” çox məşhurdur. Bu məkan dünyanın ən populyar əxlaqsızlıq məkanlarından biridir. Bildirilir ki, yüzlərlə striptiz bar, masaj salonu, bordelin yerləşdiyi bu küçə turistlər üçün hesablanıb.
Küçədə özlərini "bar qızları” adlandıran fahişələrin, "lady boy” kimi tanınan transseksualların sayı-hesabı yoxdur.
Taylandda fahişəlik qanunvericiliklə qadağan olunsa da, ölkədə 123 mindən artıq qadın əxlaqsızlıqla məşğul olur, bədənlərini satır.
İsveçrə
1942-ci ildən bəri qadınların, 1992-ci ildən isə kişilərin fahişəlik etməsi qanunla sərbəstdir. 2013-cü ildə Sürixdə "avtomobildə seks” ə qanunla icazə verildi.
Norveç
2009-cu ildən Norveç də, İsveç modelinə keçdi və fahişəlik xidməti sahələri məhdudlaşdırıldı. Ölkə bununlaseks turizmin qarşısını almaq məqsədi güdür.
Finlandiya
İnsan ticarətindən istifadə etməyə çalışanlar istisna olmaqla 2006-cı ildən bu yana qadın və ya kişi fahişələrin müştərilərinə xidmət göstərməsi qadağan olunmur.
Çin
Makau və Hon Konqdakı şəxsi əxlaqsızlıq yuvaları istisna olmaqla, Çində fahişəlik qadağan edilib.
Tayvan
"Red Light” məhəllələri 2011-ci ildən bu yana Tayvanda qadağan edilib.
Tunis
Qanunlafahişəlik qadağandır. Lakin qanunsuz əxlaqsızlıq yuvaları faliyyət göstərir.
Nigeriya
Ölkədə şəriət qaydaları hökm sürdüyündən Şimalı Nigeriyada 2003-cü ildən fahişəlik cinayət hesab edilir.
Avstraliya
Qərbi Avstraliya xaric fahişəlik qanunla tənzimlənir, yəni azaddır. Digər bölgələrdə isə qanunla qadağandır.
Qeyd edək ki, insanlarla ticarətə və üçüncü şəxslər tərəfindən fahişəliyin istismarına qarşı mübarizə haqqında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 2 dekabr 1949-cu il tarixdə qəbul olunmuş Konvensiyanın 1-ci maddəsinə əsasən hətta həmin şəxsin razılığı ilə, fahişəlik məqsədilə vasitəçilik edən, onu fahişəliyə sövq edən, yoldan çıxaran, həmin şəxsin razılığı ilə, fahişəliyini istismar edən hər bir şəxsi cəzalandırmağı, fahişəxana saxlayan və ya onu idarə edən, yaxud fahişəxanaları düşünülmüş şəkildə maliyyələşdirən, yaxud maliyyələşdirilməsində iştirak edən, üçüncü şəxslərin fahişəlik məqsədilə istifadə edəcəyini bilə-bilə binanı və ya başqa bir yeri, yaxud onun bir hissəsini icarəyə verən, yaxud icarəyə götürən hər bir şəxsi cəzalandırmağı Bu Konvensiyaya qoşulan dövlətlər arasında Azərbaycan Respublikası da tərəf olaraq öhdəsinə götürüb.
.