Narkotik və silah alverindən sonra ən gəlirli, qeyri-qanuni və təhlükəli pul qazanma yolu donor orqanların alveridir. İlkin araşdırmalar zamanı məlum olmuşdur ki, bütün dünyada minlərlə insan ümidsizcəsinə qazanc yolu axtarırlar və bunun fonunda hətta özlərinin və başqalarının orqanlarını satmağa da hazırdırlar. FaktXəbər-in verdiyi məlumata görə, sosial şəbəkələrin yaranması ilə isə bu qara bazarı daha da «pardaxlanıb»: Təqribən 10 il öncə bu əməliyatlar gizlin şəkildə aparılırdısa, hazırda az qala qanuni bir alver halına gəlib.
Suday Post-un jurnalisti bu faktı yoxlamaq qərarına gəlib. O, gəlinləri üçün böyrək axtaran şəxs qismində qeyri-qanuni orqan alverinə həsr olunmuş səhifədə elan qoyur. Bir həftə ərzində o, öz böyrəklərini satmaq istəyən 11 adamdan təklif alır.
Böyük Britaniyanın Nortqempton şəhərindən olan bir nəfər özünün və həyat yoldaşının bilet pulunu ödəmək üçün öz böyürəyini £20000 satmağa razıdır. Onlar Vətənləri Macarıstana qayıtmaq üçün bu böyük qurbanı verməyə razıdırlar.
Jurnalistə orqanlarını təklif edənlər arasında Hindistandan, Meksikadan və Tanhaniyadan da adamlar olub.
Facebookda «I want to sell my Kidney» (Mən böyrəyimi satmaq istəyirəm) adlı bir səhifə bütün dünyadan olan insanları bu sövdələşmədə birləşdirir. Bun insanlar adətən öz qan qruplarını, xəstəlik tarixçələrini, yaşları və orqanlarını satma səbəblərini yazırlar.
ABC Nyus-un bir müddət əvvəl apardığı araşdırma zamanı məlum olmuşdur ki, dünyada 15 faiz transplatasiya Blackmarket adlanan bazarlardan alınmış orqanlarla həyata keçirilib.
.
