Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan bu günləri Musavat Partiyasının Milli Şuradan getməsi ilə əlaqədar İsa Qəmbərin ünvanına kəskin ifadələr işlədib. Bu barədə Əvəz Temirxan 30gun.az saytına bildirib ki, İsa Qəmbər "Molotov” ləqəbli agent kimi tanınıb. Hətta bir neçə ilə əvvəl Musavat başqanının KQB agenti olması barədə ölkə mətbuatında da kifayyət qədər məlumatlar yayılıb. Elə bu baxımdan da İsa Qəmbər KQB-nin arxivəlirinin açılmasından ehtiyyat edir və hakimiyyətin bir nömrəli maraqlarına xidmət edir.
Daha sonra Əvəz Temirxan "El” Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyevin bu günki açıqlamasında Musavat Partiyasının Milli Şuradan getməsini ağrıyan dişin çəkilməsi kimi dəyərləndirməsini bəyənib. Lakin ALP sədri bildirib ki, amma bu diş dəfələrlə çəkilsədə yenidən bitir. Ona görə də İsa Qəmbər Azərbaycan müxalifətinin diş ağrısına yox əslində baş ağrısına çevrilib.
.
