ABŞ- da evdə baş verən yanğın nəticəsində 9 nəfər ölüb, 1 nəfər isə yaralanıb.


Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Tennessi ştatının Memfis şəhərində baş verib. Yanğın nəticəsində 6-sı uşaq olmaqla 9 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilib.


Memfis şəhər Yanğınsöndürmə İdarəsinin rəisi Gina Svit yanğının elektrik kabelindəki qısaqapanmadan baş verdiyini açıqlayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

.