
"Eurovision-2015” mahnı müsabiqəsində 39 ölkə təmsil olunacaq. APA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, builki yarışmada Albaniya, Avstriya, Azərbaycan, Belarus, Belçika, Kipr, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Makedoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Malta, Moldova, Çernoqoriya, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San Marino, Serbiya, Sloveniya, İspaniya, İsveçrə, İsveç, Böyük Britaniya və Ermənistan iştirak edəcək.
Müsabiqənin püşkatma mərasimi 2015-ci il yanvarın 26-da keçiriləcək.
Yarışmanın I və II yarımfinalı mayın 19 və 21-də, final mərhələsi isə mayın 23-də olacaq.
.