Ölkə ərazisində müşahidə olunan soyuq, yağıntılı hava şəraiti dekabrın 25-dək davam edəcək.

Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, şaxtalı hava şəraiti ilə əlaqədar olaraq dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

.