Xəzərdə 200-dək sualtı palcıq vulkanı var. Onlardan təxminən 120-si Xəzərin Azərbaycan sektoruna aiddir.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət Şöbəsinin müdiri Rasim Səttarzadə bildirib.

O deyib ki, Abşeron arxipelaqında vulkan mənşəli 8 belə ada var: "Hazırda Bakı və Abşeron yarımadasında küləkli hava şəraiti ilə əlaqədar gəmilərin sözügedən əraziyə yaxınlaşmasında müəyyən çətinliklər yaranıb. Hava şəraiti imkan verən kimi Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri, SOCAR və AMEA-nın mütəxəssislərindən ibarət ekspedisiya qrupu Xəzər dənizinə və onun ətraf mühitinə təsirlərin müəyyənləşdirilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə "Əlif Hacıyev" elmi-tədqiqat gəmisi ilə dənizə çıxacaq və təhlillər aparacaq".

FHN: Vulkan baş verən ərazidə hazırda yanğın davam etmir

“İyulun 4-də da vətəndaş tərəfindən dənizdə yanğınla baş verən partlayış barədə məlumat daxil olub”.

Bunu Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin rəisi, General-mayor Niyazi Zamanov bildirib. Onun sözlərinə görə, dərhal müvafiq qurumlarla əlaqə saxlanılıb: “Bu gün helikopter tərəfindən o yerə baxış keçirilib. Salyan rayonunun sahildən 33 km məsafədə Daşlı adada palçıq vulkanı baş verib. FHN həmin an helikopterlə xüsusi cihazla araşdırma aparıb və məlum olub ki, radiasiya fonu yoxdur”.

Ərazidə hazırda yanğının davam etmədiyini deyən N.Zamanov bildirib ki, FHN və ETSN tərəfindən həmin əraziyə İşçi qrupu ezam olunacaq və mütəxəssislər tərəfindən məlumat veriləcək.

.