Milli Təhlükəsizlik Nazirliyi biznesmen Vaqif Musayevi həbs edib.

Azərbaycan KİV-lərinə sızan bir məlumatda AMİP lideri Etibar Məmmədovun keçmiş silahdaşı, onun əsas sponsorlarından biri sayılan iş adamı Vaqif Musayevin MTN tərəfindən həbs edildiyi bildirilir.

Qeyd edirik ki, Vaqif Musayev 2000-ci il parlament seçkiləri zamanı AMİP-in proporsional seçki siyahısında Etibar Məmmədovdan sonra ikinci adam idi. Seçkilərdən sonra siyasi fəaliyyətinə ara verən Musayevin biznes fəaliyyəti ilə məşğul olduğu bildirilir.

Vaqif Musayev əslən Lerik rayonundandır və sovet dövründə uzun illər Bakı Ət və Tütün kombinatlarının direktoru vəzifələrində çalışıb.
.