Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutunun direktoru, iqtisadiyyat üzrə elmlər doktoru İsa Alıyev öz xahişi ilə tutduğu vəzifədən azad olunub.
Yenizaman.az APA-ya istinadən bildirir ki, bu haqda qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul olunub.
Digər bir qərarla institutun direktoru vəzifəsini iqtisadiyyat üzrə elmlər doktoru Nazim İmanov icra edəcək.
Xatırladaq ki, Nazim İmanov vaxtilə Etibar Məmmədovun sədrlik etdiyi AMİP-də onun müavini olub və Milli Məclisdə deputat kimi məhz həmin partiyanı təmsil edib.
Amma sonradan partiyadan və ümumiyyətlə siyasətdən uzaqlaşıb.
Onu da qeyd edək ki, Nazim İmanovun AMEA-nın İqtisadiyyat İnstitutuna rəhbər gətiriləcəyi barədə xəbər əvvəllər də yayılmışdı. Lakin o vaxt bu öz təsdiqini tapmamışdı...
.