Estoniyada koronavirusa yoluxanların sayı 1 751 nəfərə çatıb.

RİA Novosti  xəbər verir ki, bu barədə Estoniyanın Səhiyyə Departamenti bildirib.

Estoniyada son sutkada daha 5 yoluxma hadisəsi qeydə alınıb. Ölkə üzrə pandemiyadan 61 pasiyent ölüb.

Qeyd edək ki, Estoniya Nazirlər Kabinetinin qərarı ilə fövqəladə vəziyyət rejimi mayın 17-dək uzadılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,3 milyonu ötüb. Bunların 1,6 milyon nəfərdən çoxu sağalıb, 293 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

.