
Estoniyanın Xarici İşlər Nazirliyi (XİN) bu gün Rusiyanın Tallindəki səfirliyinin birinci katibi Dmitri Prilepini "persona non qrata" elan edib və diplomatın ölkəni tərk etməsini tələb edib.
Bu barədə ERR portalı Estoniya XİN-in məlumatına istinadən bildirib.
Qərar rəsmi nota ilə birlikdə Rusiyanın müvəqqəti işlər vəkilinə təqdim edilib.
XİN-in məlumatına görə, rusiyalı diplomat birbaşa və fəal şəkildə Estoniyanın konstitusiya quruluşunu və hüquq sistemini pozmaqla məşğul olub, cəmiyyətdə parçalanmaya şərait yaradıb, dövlətə qarşı cinayətlərin törədilməsində və sanksiya rejiminin pozulmasında iştirak edib.
.