Estoniya Ermənistanla Azərbaycan arasındakı sülh prosesini yüksək qiymətləndirir.

Bunu Estoniya xarici işlər naziri Marqus Tsahkna bildirib.

Nazir qeyd edib ki, Estoniyanın 2026-cı ildə Ermənistanda səfirlik açmaq qərarı barədə məlumat vermək üçün Ermənistan xarici işlər naziri Ararat Mirzoyana zəng edib.

“Bu, Ermənistan-Estoniya münasibətlərində mühüm bir mərhələdir və ölkələrimiz arasında münasibətlərin son illərdə nə qədər sıx inkişaf etdiyini əks etdirir”, – Tsahkna vurğulayıb.

O həmçinin qeyd edib ki, Estoniya Ermənistanla Azərbaycan arasındakı sülh prosesini yüksək qiymətləndirir.

“Biz demokratik islahatların irəliləməsində və Avropa İttifaqına yaxınlaşmaqda Ermənistanı dəstəkləməyə davam edirik”, - diplomat əlavə edib.

.