““Taliban” Kabilə hücum etməyə hazırlaşırdı”.
“Report” xəbər verir ki, bu barədə istefa verən Əfqanıstan prezidenti Əşrəf Qani özünün feysbukdakı hesabında yazıb.
“ Düzgün qərar qəbul etdim. “Taliban” məni hakimiyyətdən devirmək üçün Kabilə və onun sakinlərinə qarşı qanlı hücum etməyə hazır olduğunu açıq şəkildə bəyan etdi. Qan tökülməsinin qarşısını almaq üçün vəzifəmdən istefa vermək qərarına gəldim”, - o bildirib.
.
