Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində Azərbaycan və Ermənistan arasında saxlanılan hərbçilərin dəyişdirilməsi həyat keçirilib.
Azərbaycan tərəfinə təhvil verilən hərbçilər Hüseyn Axundovla Aqşin Bəbirov artıq əsirlikdən azad olunublar.
Hüseyn Axundov media nümayəndələrinə azadlıqda ilk açıqlamasını da edib:
Əsirlikdən azad edilən Hüseyn Axundov səhhətinin yaxşı olduğunu bildirib: “Hər şey yaxşıdır. Sevinirəm ki, Azərbaycana geri qayıdıram”.
Xatırladaq ki, humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası da 32 erməni hərbçini azad edib.
Qeyd edək ki, hərbçilərimiz bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşmüşdü. Sonradan məlum olmuşdu ki, onlar əsir düşüblər.