Suriyada Bəşər Əsəd rejimi devriləndən sonra Türkiyədən qayıdan suriyalıların sayı açıqlanıb.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştepe iqamətgahındakı milli sərgi salonunda çıxışında deyib.

O bildirib ki, indiyə kimi 133 min suriyalı təhlükəsiz və ləyaqətli şəkildə ölkəsinə qayıdıb: “Beləliklə, ümumilikdə ölkəsinə qayıdan suriyalı qardaşlarımızın sayı 873 minə çatıb”.

.