Suriyada ilk dəfə olaraq Əsəd ordusu ilə PKK arasında döyüşlər başlayıb.
İŞİD səbəbindən indiyə qədər bir-birinə hücum etməyən tərəflər arasındakı döyüşdə 40-dan çox adamın öldüyü bildirilir. Döyüşlər Suriyanın Xasəki vilayətində gedir.
Bəşər Əsəd ordusu ilə kürdlər arasında təxminən iki ildir davam edən qeyri-rəsmi atəşkəs razılaşması var idi. İŞİD-i ortaq təhlükə hesab edən tərəflər iki gündür ki, şiddətli döyüşlər aparırlar. Bölgədə gərginlik get-gedə yüksəlir və ölü sayının artacağı istisna edilmir. (musavat.com)
.