Suriyada vəziyyət getdikcə pisləşir.
 
Publika.az "Sputnik” agentliyinin Türkiyə xidmətinə istinadən xəbər verir ki, Suriya ordusunu Der ez-Zor bölgəsində yerləşən hərbi bazanın ABŞ tərəfindən bombalanmasından sonra əks həmlə Dəməşq rejimindən gəlib.
 
Məlumata görə, bu səhər eyni bölgədə Suriya ordusu ABŞ-a aid bir pilotsuz təyyarəni vurub.
 
AMN xəbər agentliyi isə "ərəb dünyasına yaxın” bir mənbəyə istinad edərək Suriya ordusunun 137-ci topçu briqadasına bağlı 17-ci tank birliyi tərəfindən atəş açılan pilotsuz təyyarənin Suriyanın hava məkanını tərk etdiyini qeyd edib.
 
Suriya müxalifətində bir səlahiyyətli isə ölkədəki atəşkəs rejiminin müvəffəqiyyətsizliyə uğradığını və başa çatdığını söyləyib. 
 
.