
Komitə ötən ayın statistik rəqəmlərini açıqladı.
2015-ci ilin yanvar ayında 2014-cü ilin dekabrına nisbətən ərzaq məhsullarının qiymətləri 0.4% bahalaşıb.
Bu barədə Birgün.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitənin açıqladığı statistik rəqəmlərdə göstərilir ki, ötən ay qeyri-ərzaq malları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri dəyişməyib, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,2 faiz bahalaşıb.
Ötən ay ərzində mal, qoyun və toyuq ətinin, yumurtanın, qarğıdalı yağının, balıq məhsullarının, limonun, portağalın, bananın, göyərtinin, çuğundurun, kökün qiymətlərində ucuzlaşma, düyünün, buğda ununun, qarabaşaq yarmasının, kolbasa məmulatlarının, zeytun yağının, süfrə marqarininin, almanın, armudun, heyvanın, narın, xurmanın, üzümün, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, kartofun, soğanın, sarımsağın, çayın, şəkərin, duzun qiymətlərində isə bahalaşma müşahidə olunub.
.