Sumqayıtda ərzaq mağazası yanıb.
AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan ərzaq mağazasında 10 kv.m sahədə ərzaq malları, 2 ədəd məişət əşyaşı yanmış və yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı əriyib. 

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın saat 4:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 
.