Ermənistanla Türkiyə arasında birbaşa uçuşlar bərpa edilib.
“Sputnik Armenia”ya verdiyi xəbərə görə, Ermənistanın “Flyone Armenia” aviadaşıyıcısı İrəvan-İstanbul-İrəvan marşrutu üzrə ilk uçuşu həyata keçirib.
Yerli vaxtla saat 18:00-da "Flyone Armenia" aviaşirkətinin gerçəkləşdirdiyi reyslə 65 sərnişin İrəvandakı Zvartnots hava limanından İstanbula yola düşüb.
