Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün İrana səfər edəcək.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Vahan Hunanyan rəsmi “Twitter” hesabında bildirib.

Onun sözlərinə görə, Ermənistan XİN rəhbəri iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşəcək.

Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

.