“Mənim mövqeyimdə dəyişiklik yoxdur, işdən azad edilməyimlə bağlı proses Konstitusiyaya ziddir”.

“Aysor”  xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının baş nazir Nikol Paşinyan tərəfindən istefaya göndərilən rəisi general-polkovnik Onik Qasparyan bildirib.

“Baş nazirin istefa verməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsi indiki böhran vəziyyətdən çıxmağın yeganə yoludur”, - o deyib.

O.Qasparyan Konstitusiyanın reallaşması və tələblərinin təmin olunması məqsədi ilə Ermənistanın Ali Məhkəməsinə müraciət edib.

Baş Qərargah rəisi başqa statusla Silahlı Qüvvələrdə xidmət etdiyini bildirib. O yeni vəzifəsi barədə məlumat verməyib.
 

.