Ermənistanın baş naziri Ovik Abramyan bu postda bu gün ilk dəfə İrana səfər edəcək.
Bu barədə azvision.az erməni KİV-nə istinadən xəbər verir.
Məlumatlara əsasən, Abramyan 20-21 oktyabr tarixlərində İran İslam Respublikasında səfərdə olacaq. Ermənistan baş nazirinin İran prezidenti Həsən Ruhani, İran parlamentinin spikeri Əli Laricani və digər şəxslərlə görüşəcəyi planlaşdırılır.
.