Vətən Müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı Milli Məclisdə xüsusi dinləmə keçiriləcək.

Bu, parlamentin İnsan hüquqları komitəsinin 2021-ci il payız sessiyası üçün iş planına daxil edilib.

Sessiya müddətində Vətən Müharibəsi dövründə Ermənistan tərəfindən törədilən cinayətlərin, Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin və Azərbaycan dövlətinə dəymiş ziyanın beynəlxalq instansiyalarda müvafiq iddialar əsasında gerçəkləşdirilməsinin hüquqi mexanizmləri ilə bağlı Milli Məclisdə xüsusi dinləmə keçirilməsi nəzərdə tutulur.

MM-də Qarabağa Qayıdışla bağlı insan hüquqlarına dair qanunverici məsələləri araşdıran Komissiya yaradılacaq

Milli Məclisdə Qarabağa Qayıdışla bağlı insan hüquqları istiqamətində qanunverici məsələləri araşdıran Komissiya yaradılacaq.

Bu, parlamentin İnsan hüquqları komitəsinin 2021-ci il payız sessiyası üçün iş planına daxil edilib.

Qeyd edilib ki, sessiya müddətində Qarabağa Qayıdışla bağlı insan hüquqları istiqamətində qanunverici məsələləri araşdıran Komissiyanın yaradılması, beynəlxalq insan hüquqları və hüquq-müdafiə təşkilatların iştirakı ilə bu istiqamətdə əməkdaşlıq layihəsinin təşkil edilməsi nəzərdə tutulur.

.