
Azərbaycan tərəfi neçə illərdir Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsi məsələsini gümdəmə gətirir. Lakin digər ölkələr bu məsələdə səssiz qalıblar.
Bunu “Environmental Protection First” QHT Koalisiyasının həmtəsisçisi Amin Məmmədov Koalisiyanın Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycan çaylarını, Cənubi Qafqazın ekologiyasını zəhərlənməsi barədə bu gün keçirdiyi brifinqdə deyib.
O bildirib ki, İran ərazisində Araz çayına yaxın ərazilərdə bu ölkənin Səhiyyə təşkilatları mədə-bağırsaq xəstəlikləri riskinin digər ərazilərə nisbətən daha yüksək olduğunu açıqlayıblar.
“Bu da qonşu ölkə Ermənistanın Araz çayını çirkləndirməsi nəticəsində baş verib. Qarabağdakı transsərhəd çaylarda da çirklənmə baş verib. Əsasən Oxçuçayda çirklənmə qeydə alınıb. 44 günlük Vətən müharibəsindən sonra vəziyyət bir az yaxşılaşıb. Lakin hələ də müəyyən problemlər qalmaqdadır”, - o bildirib.
A.Məmmədov əlavə edib ki, Ermənistan xarici investorlara bu fəaliyyətin həyata keçirilməsi üçün şərait yaradıb.
“Ermənistanda fəaliyyət göstərən yerli QHT-lər etiraz mpvqelərini bildiriblər. Lakin bəzi media qurumları məsələ ilə bağlı həqiqətləri yaydıqlarına görə təzyiqlərə məruz qalır. Buna görə də onlar əllərində olan detallı məlumatları paylaşmaqda çətinlik çəkirlər.
Biz vətəndaş cəmiyyəti olaraq Ermənistanı monitorinq keçirmək üçün şərait yaratmağa çağırırıq”, - deyə o fikrini yekunlaşdırıb.
.