Ermənistan növbəti təxribata əl atıb.
Ermənistan tərəfi Azərbaycanla razılaşdırmadan yük maşınlarını sərhəd məntəqəsinə yığır.
Ermənistan növbəti dəfə nəqliyyat vasitələrinin Laçın dövlət sərhədinin keçid məntəqəsində cəmləşdirməklə siyasi şou yaradır. Bu, manipulyasiyadır və növbəti təxribat cəhdidir.
Azərbaycan dəfələrlə bəyan edib ki, Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə daşımalar üçün Ağdam-Xankəndi yolu istifadə oluna bilər. Yolun texniki və təbii göstəriciləri, xüsusilə işğaldan sonra yenidən qurulmaqda olan Bərdə-Ağdam yolu malların daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yaradır.
Özünü qondarma rejimin təmsilçiləri adlandıran şəxslərin bu yoldan istifadədən imtina etmələri başadüşülən deyil.
Əslində isə bu, rasizmin açıq təzahürü və beynəlxalq ictimai rəyi çaşdırmaq cəhdidir.
Ermənistan bu addımla siyasi şou yaradır.
Xarici səfirliklərin, o cümlədən də Avropa İttifaqının nümayəndələrini yığıb sərhədə gətirmək sözün əsl mənasında tamaşa düzəltməkdir.
.